Ayan Babakişiyeva cəzalandırılmasından danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar həmkarı Nadir Qafarzadə ilə qalmaqallı görüntüləri yayılan müğənni Ayan Babakişiyeva maraqlı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Özəl" proqramına qonaq olan sənətçi uzun illər əvvəl ifa etdiyi “Telefonum susub” mahnısından danışarkən şəxsi həyatı ilə bağlı bəzi etiraflar da edib:
“Bu mahnını illər əvvəl oxumuşdum. Amma ola bilsin, həmin vaxt elə də sevilməyib. İndi ifa edəndə hamı deyir “Yeni mahnıdır?”, “Nə gözəl ifadır?..” Buna baxmayaraq bu, mənim repertuarımda sevimli ifalarımdan biridir.
Özüm telefondan çox istifadə edirəm. Amma susmağını sevmirəm. Telefonuma susan, günlərlə cavab verməyən də olub. Etiraf edirəm ki, olub. Mən sevmirəm yalan danışmağı. Cəzalandırılan vaxtlarım olub. Bu, aylara çevrilməsə də, günlərlə davam edib”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...