Avtomobilini düzgün yerdə park etməyən məşhur aktyor belə CƏZALANDIRILDI
Məşhur rusiyalı yumorist Qarik Xarlamovun avtomobilinə kefir atılıb.
Bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, 16 milyon rubl (336 min AZN) dəyərində olan avtomobil Moskvada, şəhərin cənub-qərbində yerləşən "Rasskazovo" yaşayış kompleksinin ərazisində xüsusi nəqliyyat üçün nəzərdə tutulmuş yerdə qaydalara zidd şəkildə saxlanılıbmış.
Məlumata görə, bu yaşayış kompleksində oxşar hallar tez-tez baş verir. Yerlərdə tanınmayan bir fəal daim qaydaları pozaraq avtomobilini düzgün park etməyənlərin maşınlarını kefirlə sulayır. Sakinlər qeyd edir ki, bu şəxsin qayda pozanlara qarşı heç bir səbir və anlayışı yoxdur.
Qarik Xarlamov isə hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...