Artıq metroda, avtobusda belə ev telefonlarınıza cavab verə biləcəksiniz
08
dek
2017
09:18
"Aztelekom" MMC dövlət rabitə operatoru 2018-ci ildən stasionar nömrənin köçürülməsi xidmətini işə salacaq.BAKU.WS-in xəbərinə görə, bu barədə Trend-ə şirkətdən məlumat verilib.Bu xidmətdən mobil tətbiq vasitəsilə istifadə etmək olar. Ev nömrəsini proqrama daxil etdikdən sonra internet vasitəsilə ev nömrəsinə daxil olan zəngləri qəbul etmək və zəng etmək mümkün olacaq.MMC-dən verilən məlumatda qeyd olunub ki, mobil tətbiqin demo-versiyası artıq hazırdır. Xidmət işə düşdükdən sonra bu tətbiqdən tam şəkildə istifadə etmək olacaq.BAKU.WS
Oxşar xəbərlər
WhatsApp-dan internetsiz istifadənin ən sadə yolu - Cəmi 5 addıma
Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ı artıq internetsiz istifadə etmək mümkün olacaq. BAKU.WS-in məlumatına görə, tətbiqi internetsiz istifadə e...