Arnold Şvartseneqqerin xadimədən olan oğlu ögey qardaşının toyuna çağırılmadı
Hollivud ulduzu Arnold Şvartseneqqerin xadimədən olan oğlu Cozef Bena ögey qardaşı Patrik Şvartseneqqerin toyuna dəvət edilməyib.
BAKU.WS xəbər verir ki, 31 yaşlı Patrik, sevgilisi Ebbi Çempion ilə bir neçə gün əvvəl ailə həyatı qurub.
Lakin sonradan dəvətlilər arasında aktyorun xadimə Mildred Patrisiya Benadan dünyaya gələn oğlu Cozefin olmadığı ortaya çıxıb.
78 yaşlı Şvartseneqqerin 69 yaşlı həyat yoldaşı Mariya Şriverdən 35 yaşlı qızı Ketrin, 34 yaşlı qızı Kristina, 31 yaşlı oğlu Patrik və 27 yaşında oğlu Kristofer dünyaya gəlib.
Aktyorun digər oğlu Cozef Bena fitness müəllimi işləyir. O 13 yaşı olanda Şvartseneqqerin atası olduğunu öyrənib.
Məlumat üçün bildirək ki, bu xəbər ilk dəfə 2011-ci ildə yayılaraq böyük səs-küyə səbəb olmuşdu. Şvartseneqqer və Mariya Şriver elə həmin il ayrıldıqlarını açıqlamışdılar.
Oxşar xəbərlər
52 yaşlı müğənnini öldürən qızı HƏBS EDİLDİ
52 yaşlı müğənni Gül Tutunu (Güllü) evinin eyvanından ataraq öldürən qızı həbs edilib. BAKU.WS xəbər verir ki, ötən gün sənətçinin qızı Tuğyan Ülkem Gülter və...