Aşıq Ədalətlə Bakıdakı vida mərasimi ləğv olundu - SƏBƏB
14
sen
2017
22:50
Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.BAKU.WS
Oxşar xəbərlər
Aşıq Ədalət sabah Bakıda dəfn olunacaq
Aşıq Ədalət Nəsibov sabah Bakıda dəfn olunacaq.BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya aşıq Ədalətin oğlu Hekayət Nəsibov məlumat verib.Onun sözlərinə görə...