ANS-in aparıcısı efirdə ağladı (VİDEO)
Bütün ölkənin diqqəti "Günəşli” neft yatağında baş vermiş dəhşətli qəza zamanı ölən, yaralanan və itkin düşən neftçilərə yönəlib. BAKU.WS-in məlumatına görə, neft yatağında itkin düşənlərin ailələrinə vida mesajları, son dəfə zəng edib dediyi sözlər hər kəsə kövrək anlar yaşadıb. İtkin düşən neftçi İman Qasımovun həyat yoldaşına yazdığı sonuncu mesajı ANS TV-nin Xəbərçi proqramının aparıcısı Nigar Mahmudovanı da kövrəldib. N.Mahmudova efirdə İ.Qasımovanın mesajını sonuna qədər oxuya bilməyib. Aparıcı sonrakı xəbərin anonsunu da səsi titrəyə-titrəyə elan edib. Həmin kadrları sizə təqdim edirik. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
"Günəşli" faciəsində itkin düşən neftçidən ürək dağlayan mesaj
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən neftçinin ailəsinə yazdığı son mesaj ortaya çıxıb. BAKU.WS-in məlumatın...