Ancelinadan kövrəldən paylaşım: "Balaca qız oynatdığı “daş”ın qəlpə olduğunu bilməyib” - FOTO

Ancelinadan kövrəldən paylaşım: Balaca qız oynatdığı “daş”ın qəlpə olduğunu bilməyib” - FOTO
Foto
Şou-biznes 169

Bir neçə gün əvvəl Ukraynaya səfər edən Hollivud ulduzu Ancelina Coli orada qaçqınlar və könüllülərlə görüşüb.

BAKU.WS xəbər verir ki, o bu haqda 13 milyon izləyicisi olan instaqram hesabında məlumat verib.

Coli Lvov vilayətində azyaşlı qızın oynatdığı “xüsusi daş”ın fotosunu paylaşıb. Aktrisa qeyd edib ki, balaca qız həmin daşın qəlpə olduğunu bilməyib:

"Bir neçə gün əvvəl Lvovda olan zaman mənə kiçik bir qız tapdığı "xüsusi daş"ı göstərdi. Həmin qız daşın bomba parçası olduğunu başa düşmürdü. Yəqin ki, onun parlaqlığı və qeyri-adiliyi uşağın diqqətini cəlb etmişdi.

Tanış olduğum və Kramatorsk vağzalında olan uşaqların çoxunda qəlpələr çıxarılmışdı. Bu, çətin və ağrılı prosesdir. Həyati vacib orqanların yanında olan qəlpələri çıxarmaq çox təhlükəli idi və onlar bəzi uşaqların bədənlərində qaldı".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ancelina Coli haqqında bilinməyən  9 FAKT

Ancelina Coli haqqında bilinməyən 9 FAKT

Hollivud ulduzu, məşhur aktrisa Ancelina Colini tanıdığınızı düşünürsünüzsə, yəqin ki, yanılırsınız. BAKU.WS Haber Global-a istinadla Coli haqqında heç vaxt eş...

593 Şou-biznes 16:16 22 aprel 2022

Son xəbərlər