Ancelina Coli: "Ukrayna xalqı üçün dua edirəm" - FOTO

Hollivud ulduzu Ancelina Coli sosial şəbəkə hesabında yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi 12.3 milyon izləyicisi olan instaqram hesabında Ukraynadakı müharibədən yazıb. Coli dünya mətbuatından Ukraynadakı vəziyyəti izlədiyini və ölkə vətəndaşları üçün böyük ürək ağrısı keçirdiyini deyib:
"Sizin kimi mən də Ukrayna xalqı üçün dua edirəm. Üzvü olduğum qurumun (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi) əməkdaşları ilə birlikdə əsas diqqətimizi qaçqın və məcburi köçkünlərin mühafizəsi və hüquqlarının təmin edilməsinə yönəltmişik.
Biz artıq təhlükəsizlikərini təmin etmək üçün evlərini tərk edən insanlar haqqında xəbərləri görürük. Nə baş verəcəyini bilmək üçün isə hələ çox tezdir".

Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...
