Ancelina Coli onkoloji xəstə ukraynalı uşağı ziyarət edib - FOTO

Ancelina Coli onkoloji xəstə ukraynalı uşağı ziyarət edib - FOTO
Foto
Şou-biznes 106

46 yaşlı Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri Ancelina Coli Romada ukraynalı qaçqın uşaqların müalicə olunduğu uşaq hospitalını ziyarət edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Ospedale Bambino" hospitalının rəsmi instaqram səhifəsində paylaşım edilib. Sözügedən paylaşımda aktrisanın sözlərindən sitat verilib:

"Müharibənin dayandırılması üçün dua edirəm. Bu, əzab və insan köçünü dayandırmaq üçün yeganə üsuldur. Bunun uşaqların həyatı, sağlamlığı və yaraları bahasına başa gəlməsini görmək çox dəhşətlidir".

Hospitala yerləşdirilmiş uşaqlardan 10 yaşlı onkoloji xəstə Artyom Babçukun anası sosial şəbəkədə Coli ilə görüşü haqda yazıb.

Onun sözlərinə görə, ulduz aktrisa çox diqqətcil idi və Artyoma tezliklə sağalmağı, Ukraynada sülhün bərqərar olmasını arzulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər