Amina Yahoviç Mustafa Sandalı məhkəməyə verib
Amina Yahoviç 7 il əvvəl boşandığı yoldaşı, tanınmış müğənni Mustafa Sandala qarşı məhkəmə iddiası qaldırıb.
BAKU.WS xəbər verir ki, cütlük 2018-ci ildə qarşılıqlı razılaşma ilə boşanıb.
Boşanma protokoluna əsasən övladların qəyyumluğu Yahoviçə verilib. Həmçinin, tərəflərin Beykozda yerləşən evinin satılacağı və satışdan əldə edilən vəsaitdən 2 milyon dolların Amina Yahoviçə, 500 min dolların isə uşaqların təhsil xərclərinə yönəldiləcəyi qeyd edilib. Protokola əsasən Mustafa Sandal keçmiş həyat yoldaşına Serbiyadan mənzil almalı, aliment ödəməli və Yahoviçlə övladları üçün lazım gəldiyi hallarda avtomobil icarəyə götürülməsini təmin etməli idi.
Amina Yahoviç protokoldakı öhdəliklərin tam yerinə yetirilmədiyini əsas gətirərək İstanbul Ailə Məhkəməsinə müraciət edib. O, aliment ödənişlərinin gecikdirildiyini və avtomobil icarə öhdəliyinin icra olunmadığını bildirib.
Şikayətdən sonra proses başlayıb. Məhkəmənin yaxın günlərdə tərəflərin iddialarını araşdıraraq qərar verməsi gözlənilir.
Oxşar xəbərlər
Yıldız Tilbe Qəzzada 13 milyon ianə etdi, 12 min nəfərlik iftar süfrəsi təşkil olundu
Türkiyəli müğənni Yıldız Tilbe Qəzzada evsiz qalanlar üçün 13 milyon lirə məbləğində ianə edib. Bu vəsait hesabına bölgədə çadır şəhərciyi qurulub və yüzlərlə a...