Alsu boşandıqdan sonra ilk dəfə danışdı

Alsu boşandıqdan sonra ilk dəfə danışdı
Şou-biznes 113

Rusiyalı müğənni Alsu keçmiş həyat yoldaşı Yan Abramovla bağlı paylaşım edib.

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, ifaçı Yanla haqlarında çıxan şayiələrə son qoyub:

"Mən heç vaxt şəxsi paylaşımların tərəfdarı olmamışam. Şəxsidirsə, şəxsidir. Amma yanvardan boşanmağımla bağlı internetdə hələ də aktiv şəkildə yayılan bir çox şayiələr var ki, bu da doğru deyil. Ona görə də bu mövzunu birdəfəlik bağlamaq üçün bu yazını dərc etmək qərarına gəldim. 

Keçmiş ərim Yan Abramovla ötən ilin avqustunda rəsmi boşandıq. Bu həm mənim, həm də Yan üçün çətin qərar idi. Sevinirəm ki, bu gün aramızda heç bir fikir ayrılığı, anlaşılmazlıq, narazılıq yoxdur. 

18 il birlikdə yaşadıq, çoxlu xoşbəxt anlarımız oldu. Bizi əbədi olaraq gözəl övladlarımız bağlayır. Bizi birləşdirən onların gələcəyidir. 

Biz onları böyüklərə, uzun ömür yolu keçmiş müdrik insanlara yaraşacaq şəkildə görüşməyə, onları diqqətlə əhatə etməyə və mehriban şəraitdə böyütməyə davam edəcəyik ki, boşandıqdan sonra da isti və insani ünsiyyət saxlaya bilək. 

Həyat asan bir şey deyil. Əbəs yerə demirlər: "Həyatı yaşamaq tarladan keçmək kimi deyil". Amma onu maraqlı edən də budur. Uşaqlarımıza, birlikdə yaşadığımız illər üçün Yana minnətdaram. 

O, uşaqlarımıza çox yaxşı və qayğıkeş atadır, onları sonsuz sevən və həmişə hər şeydə yaxın olan biridir. Həyatımızda bundan vacib nə ola bilər?! Bu mövzu qapandı. Hamıya uğurlar və xoşbəxtlik diləyirəm".

Oxşar xəbərlər

Son xəbərlər