Aktyor və şair Yavuz Çətin vəfat etdi
 
                            Türkiyəli aktyor və şair Yavuz Çətin 65 yaşında dünyasını dəyişib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan sənətçi bu gün həyatını itirib. Ailəsi sosial şəbəkədə paylaşdığı açıqlamada acı xəbəri ictimaiyyətlə bölüşüb. Xəbər Yavuz Çətinin sevənlərini yasa boğub.
Uzun illər doğulduğu Amasya şəhərində rəsim müəllimi kimi çalışan Çətin daha sonra müxtəlif film və seriallarda rol alıb, eyni zamanda şeirlər qələmə alıb.
Evli və iki övlad atası olan Yavuz Çətin bu gün Sultan II. Bayezid məscidində günorta namazından sonra keçiriləcək vida mərasimindən sonra Tekirdede qəbiristanlığında dəfn olunacaq.

Oxşar xəbərlər
İki məşhur aktyor "İlk ve Son"da rol alacaq
Məşhur aktyorlar Bergüzar Korel və Timuçin Esen eyni ekran işində rol alacaqlar. BAKU.WS xəbər verir ki, "İlk ve Son" adlı layihədə məşhurlar Güneş və Serkan ob...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    