Akonun Bakı konsertindən görüntülər
Dünya şöhrətli müğənni Akon paytaxtın qonağı olub.
BAKU.WS xəbər verir ki, sənətçi ötən gün "Baku Crystall Hall"da sevənləri qarşısında çıxış edib.
Akon gecə boyunca "Smack That", "Right Now", "Don"t Matter", "I Wanna Love You", "Be With You" kimi sevilən hitlərini səsləndirib.
İfaçı möhtəşəm rəqsləri ilə də ifalaraına ayrı rəng qatıb.
Konsertdən iki gün əvvəl Bakıya gələn ABŞ-li reper paytaxtın bəzi yerlərini gəzib. O İçərişəhər və Nizami küçəsində olub.
Tarixi binalar - Qız qalası, Bəyaz Zanbaqlar Parkının qarşısında fotolar çəkdirib.
Xatırladaq ki, Akonun konserti "Caspian Media Group"un təşkilatçılığı ilə baş tutub.
Oxşar xəbərlər
Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu
Müğənni Afət Fərmanqızının bloqer Sevinc Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdiyi şikayət icraata götürülüb. BAKU.WS oxu.az-a ist...