Ajda Pekkan Azərbaycandan gələn milyonluq təklifi rədd edib

Ajda Pekkan Azərbaycandan gələn milyonluq təklifi rədd edib
Şou-biznes 861

Müğənni Ajda Pekkan yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS “sacitaslan.com”a istinadən xəbər verir ki, sənətçi Qurban Bayramında Azərbaycanda fəaliyyət göstərən məkanlardan birində çıxış etmək üçün dəvət alıb.

Lakin Pekkan 1 milyon 46 min lirə (204 min 597 AZN) məbləğində təklifi rədd edib.

Buna səbəb ifaçının pandemiya səbəbilə Bodrumdakı evindən çölə çıxmamasıdır.

Ajda Pekkanın Azərbaycanda hansı məkana dəvət aldığı isə açıqlanmayıb.

Qeyd edək ki, sənətçi sonuncu dəfə Bodrumda aldığı 2 milyon 430 min manat dəyərində olan villası ilə gündəmə gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər