Ajda Pekkan jurnalistlərdən prokurorluğa şikayət etdi

09
may
2018
13:30
Super star Ajda Pekkan barəsində yayılan "Ailəsi gənc sevgilisini istəmir" xəbərləri üzündən prokurorluğa üz tutub. BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ifaçı yaş fərqinin xüsusilə vurğulandığı xəbərlərlə alçaldıldığını və şəxsiyyətinin zədələndiyini iddia edərək şikayətçi olub.Bu kimi xəbərlərin yazılmasına 72 yaşlı Ajda Pekkan özündən 22 yaş kiçik keçmiş əri Bülent Çavuşoğlu ilə yenidən barışması olmuşdu. Çavuşoğlu 2 il fasilədən sonra Ajda Pekkanın İstanbul-Bahçeköydəki 30 milyon lirəlik villasına yerləşib. Medada yer alan xəbərlərə görə, Pekkanın ailəsi onların yenidən bir araya gəlməsini istəməyib və Pekkan sevgilisi üzündən qardaşı ilə qarşı-qarşıya gəlib. Xəbərlərdə sevgilisiylə arasındakı yaş fərqinin qabardılması ilə utandırıldığını bəyan edən Pekkan, hüzur və sükutunu pozan və onu alçaldan bu xəbərləri hazırlayanların cəzalandırılmasını tələb edib. Prokurorluq artıq araşdırmaya başlayıb.BAKU.WS
Oxşar xəbərlər
Ajda Pekkanın Bakı konsertindən heç yerdə görmədiyiniz özəl görüntülər (VİDEO)
Hər zaman Sizə ən maraqlı və qaynar xəbərlərlə yanaşı eləcə də olay yaradan hadisələri olduğu kimi təqdim edən Baku.WS yenədə ənənəsinə sadiq qaldı! Beləki, bir...
