Afaq Gəncəli: "Bir-birimizlə danışmırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Natəvanla əla münasibətimiz var. Onun açıqlamasına baxdım, dedim, axı elə olmayıb. Tolik mənə onu təqdim etməməyi deməyib. Oldu keçdi, eybi yox".
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Tolik ilə səmimi" "Youtube" verilişində deyib. O, müğənni Natəvan Həbibinin "Tolikin tapşırığı ilə Afaq toyda məni təqdim etmədi" sözlərinə cavab verib:
"Natəvanla başqa mübahisə olmuşdu. Verilişlərin birində qalmaqal yaşandı və durub getdim. İşığı çıxartdırmaq Toliklik idi, amma təqdim etməməyi özüm istədim".
Afaq daha sonra müğənni Günay İbrahimli ilə küsmələrindən söz açıb:
"İndi də Günayı "İnstagram"da izləyirəm, düşmən deyilik. Amma danışmırıq. Toxumu necə tökürsənsə, ondan pis bəhrə ala bilməzsən.
İlk addımlarından onun əlindən tutmuşam. Ona görə də ona düşmən kəsilə bilmərəm. Nəsə baş verib, onun səs tonunda, davranışında səhv olub. Böyük mübahisəmiz yoxdur. Sadəcə, bir-birimizlə danışmırıq".
Oxşar xəbərlər
Günayı "Bandotdel"ə verən sponsoru danışdı: O, Rəşada güvənir, amma mən... - FOTO
Müğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılmasının təfərrüatı məlum olub. BA...