Abbas Bağırovun köməkçisi həbs edildi - TƏFƏRRÜAT

Abbas Bağırovun köməkçisi həbs edildi - TƏFƏRRÜAT
Şou-biznes 1207
Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. BAKU.WS xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər