İzzət Bağırovun cangüdəni həbs edildi
09
sen
2017
12:25
Müğənni İzzət Bağırovun cangüdəni Elçin Cabbarlı “Neolit” restoranında baş verən davaya görə həbs edilib.BAKU.WS-in Axar.az-a istinadla məlumatına görə, Nizami rayon Məhkəməsinin qərarı ilə İzzət Bağırovun köməkçisi Elçin Cabbarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, 31 avqust tarixində “Neolit” restoranında təşkil edilən məclisdə iştirakçı olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənni İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər.Ad günü məclisində davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.BAKU.WS
Oxşar xəbərlər
İzzətin mühafizəçisinin toyda döydüyü şəxsin vəziyyəti ölümcüldür - XANIMI DANIŞDI
“Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın”.BAKU.WS xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında müğənni İzzət Bağır...