Bakıda toyda müğənni İzzət Bağırova görə dava düşdü: yaralılar var (FOTO)
31
avq
2017
09:03
Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib.Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub.Bu zaman müğənni buna etiraz əlaməti mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.N. Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir.Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
"20 Yanvar" stansiyası yaxınlığında kütləvi dava: bıçaqlananlar var
Bakıda kütləvi dava olub. BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar” stan...