“Aləm birdən-birə qarışdı...” - İzzət “Neolit”dəki davadan danışdı
31
avq
2017
10:04
“Heç kimlə dalaşmamışam. Qarşı tərəf məlumatı başqa cür yayıb. Sadəcə mən şou proqramda çıxış edən zaman hadisə baş verib.” BAKU.WS xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni İzzət Bağırov deyib. Sənətçi dünən "Neolit"restoranında baş verən davada köməkçisinin də zədə aldığını deyib:“Köməkçim dalaşan şəxslərin arasında qalmışdı, onu da vurublar, zədə alıb. Elə yazıblar ki, guya mən bunu etdirmişəm. 27 ildir ki, səhnədəyəm. Hələ yanımda cangüdən gəzdirməmişəm. Məni hamı tanıyır. Uzaqbaşı yanımda bir işçim olub. Yayıblar ki, cangüdənim adam vurub.Tutaq ki, mühafizəçim olub, mənim üstümə kimsə cumsa qorumayacaq? Bir daha deyirəm, hadisə mən oxuyan vaxtı baş verib, hər şey də üstümdə qalıb. Qonaqlar arasında bir-birini eşitmirdilər, içkili idilər. Heç kim bir-birinə qulaq asmaq istəmirdi. Aləm birdən-birə qarışdı. Məsələni polis araşdırır. Daha sonra vəkilim dəqiq məlumat yayacaq”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda toyda müğənni İzzət Bağırova görə dava düşdü: yaralılar var (FOTO)
Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.BAKU.WS-in...