SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövrümüzün əvəzedilməz hissəsinə çevirilən sosial şəbəkələr artıq Azərbaycanda da geniş yayılmaqdadır. Dünya məşhurları kimi yerli məşhurlarımız da gündəlik həyatını sosial şəbəkələr arasında ən aktiv olan “İnstagram”da paylaşırlar.

BAKU.WS “İnstagram”da ən çox izlənilən məşhurları təqdim edir:

Top 10-da ilk pilləni müğənni Sevil və Sevinc bacıları tutur. Onların “İnstagram”da 2.6 milyon izləyicisi var.

2-ci yerdə aparıcı Zaur–Günay cütlüyü - 2.5 milyon;

3-cü yerdə müğənni Damla - 2.4 milyon;

4-cü yerdə xalq artisti Röya Ayxan - 2.2 milyon;

5-ci yerdə müğənni Xatirə İslam - 2.1 milyon;

6-cı yerdə aparıcı Vüsalə Əlizadə - 1,9 milyon;

7-ci yerdə müğənni Şəbnəm Tovuzlu - 1.8 milyon;

8-ci yerdə müğənni Roza Zərgərli - 1,6 milyon; 

9-cu yerdə aparıcı Xoşqədəm Baxşəliyeva - 1.3 milyon;

10-cu yerdə bloger Aynişan Quliyeva və aparıcı, aktrisa Kəmalə Piriyeva - 1.2 milyon;

BAKU.WS