SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən məşhur müğənnilərindən olan Dua Lipa izləyicilərini yeni fotoları ilə heyran edib. 

BAKU.WS xəbər verir ki, güzgü qarşısına keçən ifaçı bikini ilə şəkillərini paylaşıb. Son zamanlar musiqi dünyasına damğa vuran, bədən quruluşu ilə göz qamaşdıran Dua Lipanın fotoları bəyənmə və şərhlərə görə rekord qırıb. Fotoları bir gün ərzində 4 milyona yaxın insan bəyənib.

Xatırladaq ki, Dua Lipa 1995-ci ildə Londonda anadan olub. 2008-ci ildə Kosovoya köçüb. İlk studiya albomunu 2017-ci ildə bazara çıxarıb. Bundan sonra onun ulduzu parlamağa başladı və qısa müddət ərzində musiqi aləminin ən tanınmış simalarından birinə çevrilib.   

BAKU.WS