SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Rusiyanın məşhur "Serebro" qrupu Bakıda verəcək konsertə görə, Ermənistanda planlaşdırdığı konsertini ləğv edib. BAKU.WS-in "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə qrupun heyətindəki mənbədən bildirilib.

Məlumatda bildirilir ki, əvvəlcədən yay proqramına uyğun olaraq, Yerevanın istirahət mərkəzlərinin birində konsert vermək planlaşdırılsa da sonradan Bakıdan gələn təklifə görə həmin konsert təxirə salınıb.

Qeyd edək ki, "Serebro" qrupunun triosu avqustun 8-də Abşeronun çimərlik kompleksinin ərazisində yerləşən "Dalga Beach Nightclub"da konsert verəcək.

 

BAKU.WS