Koronavirusdan öldüyü deyilən azərbaycanlı müğənninin bacısı xəbəri təkzib etdi

Azərbaycanlı müğənni, “Ağbaba” qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, mərhumun bacısı Səbinə İsmayılova onun ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat etdiyini bildirib.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib.
Yəni mərhum koronavirus səbəbindən ölməyib.Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı.

Oxşar xəbərlər
Faiq Ağayev 47-yə çatdı - VİDEO
Bu gün Xalq artisti Faiq Ağayevin ad günüdür. Sənətkarın 47 yaşı tamam oldu. BAKU.WS-in məlumatına görə, xoş günündə sevənlərindən, dostlarından, doğmalarından...
