Röyanın keçmiş biznes ortağının dələduz əməlləri üzə çıxdı - FOTO
04
iyn
2018
16:53
Tanınmış müğənni, Əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə baş tutan prosesdə qərar elan edilib.Qərara görə, Səbinə Hüseynovanın apelyasiya şikayəti təmin olunmayıb.İttihama görə, Səbinə Hüseynova İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Amma Səbinə Hüseynova məhkəmə proseslərinə gəlməyib və ötən il dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsi və barəsində polis tərəfindən axtarışa verilməsi barədə qərar çıxarıb.Röya Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Bakı İstintaq Təcridxanasına köçürülüb. Səbinə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsilə ittiham olunub. 2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, Səbinə Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan qadın apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.Qeyd edək ki, Əməkdar artist Röya Ayxan bir neçə il bundan əvvəl Səbinə Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Daha sonra isə Səbinə Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün Röya Ayxan onunla işbirliyinə son qoyduğunu açıqlayıbBAKU.WS
Oxşar xəbərlər
Fədayə Laçından İLK AÇIQLAMA: "Aldadılmışam"
Bakı Apellyasiya Məhkəməsində şikayətə münasibət bildirən Fədayə Laçın cəzasını çəkməyə hazır olduğunu deyib.BAKU.WS-in Trend-ə istindaən verdiyi məlumata görə,...