“Diş həkimimin yanına gedəndə mənə söylədi ki, muncuq kimi dişlərin var idi, onları uşaqlarına qurban verdin”.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri dörd uşaq anası müğənni Xuraman Şuşalı ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.

Verilişin aparıcısı Vüsalə Əlizadənin “Nələri övladların üçün qurban verirsən?” sualına sənətçi belə cavab verib:

“Övlad dünyaya gəlirsə, mütləq şəkildə ana südü ilə böyüməlidir. Bu, uşağın sağlamlığı üçün çox önəmlidir. Çalışıram ki, zamanımın çox hissəsini övladıma ayırım. Özüm üçün heç bir şey istəmirəm. Mənim üçün əsas övladlarımdır. Onları böyütmürəm ki, gələcəkdə mənə baxsınlar. Allahdan istəyim odur ki, gələcəkdə buna möhtac olmayım. Heç kimdən kömək gözləmirəm. Nə qayınanamdan, nə də ki baldızımdan. Yükün altına özüm girirəm. Onda həm yükü daşıya bilirəm, həm də bunu bacarıram”.

Daha sonra X.Şuşalı rejissor həyat yoldaşı Elçindən gileylənib:

“Həyat yoldaşım şənbə və bazar günləri evdə olur. Ümidli oluram ki, Elçin uşaqların yeməyini verəcək, Elçin də ümidli olur ki, bunu mən edəcəyəm. Baxıram ki, övladlarım ac qalıb. Məhz bu səbəbdən yükün altına özüm girirəm”.

Qeyd edək ki, Xuraman Şuşalı və Elçin Məmmədov 2010-cu ilin avqustun 10-da ailə həyatı qurublar. Onların dörd övladı var.

BAKU.WS
VİDEO

QALEREYA