VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli illər öncə intihara cəhd edib.

BAKU.WS xəbər verir ki, ifaçı bu barədə Xəzər TV-nin "5/5" verilişində danışıb.

Sənətçi övladlığa götürdüyü qızın onu ataraq doğma anası ilə qaçmasını göz yaşları ilə danışıb:

"Öz qızımın 3 yaşı olanda Natavan adlı qızı övladlığa götürdüm. Əslində rus adı idi, dəyişdim. Tez-tez soruşurdu ki, axı məni niyə atıblar. Mən də qızımın bioloji anasını tapdım və rəfiqəm kimi ona təqdim etdim. Düzdür, bir qadın kimi qısqanclıq hiss edirdim ki, sənə canımı verirəm, niyə doğma ananı axtarırsan. Natəvanın ad günündə ona dedim ki, anandır. Anasının zahiri görünüşünü bəyənməsə də, münasibət qurdular. Klip təqdimatım ərəfəsində evə qayıtdım və gördüm ki qapı açıq, evdə heç kim yoxdur və qarət edilib. Natəvan doğma anası ilə evi soyub qaçmışdılar. Həmin hadisədən sonra depressiyaya düşdüm, özümə qapandım. Bəzi şeylər səni sındırır, heç nə gözünə görünmür. Beş il sənətdən uzaqlaşdım. 7 il sonra qızı yenidən qəbul etdim".

Zərgərli bildirib ki, həmin ərəfədə intihar belə etməyi düşünüb:

"Ona sual verdim ki, axı niyə? Qayıtdı ki, sən mənim doğma anam deyilsən... Ona görə pis oldum".

Aysel
BAKU.WS
VİDEO