13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Avqustun 8-i Ukraynada öldürülən iş adamı Cevdet Emir Şaşmazın ölümünün təfərrüatları və yeni iddialar ortaya çıxıb.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Emir Şaşmazın sevgilisi polisə ifadəsində bəzi gizli qalan məqamların üstünü açıb. Emir Şaşmazın sevgilisi Vijdan Vatansevər ifadəsində başlarına gələni danışıb: "Dostum Sevinc mən və Cevdet Kiyevə gedəcəkdik. Təyyarə biletlerimizi alıb hava limanına getdik. Təyyarəyə minməzdən əvvəl Cevdet bizi orada Tarkan adlı bir şəxsin qarşılayacağını söylədi. Bir saatlıq gecikmə ilə təyyyarəmiz Kiyevdə endi. Endiyimizdə Tarkan və VİP bir maşın bizi gözləyirdi. Ünvan deməməyimizə baxmayaraq sürücü bizi bir evə apardı. Ev şəhər xaricində kimsəsiz bir küçədə idi. Görünüşü çox köhnə idi. Evə girdikdən sonra zirzəmiyə düşdük. 

Arxamızca Tarkan gəldi.  Cevdeti çağırdı. Bir müddətlik bir yerə aparacağını söylədi. Cevdet getmək istəmədi. Tarkan çantasından böyük bir bıçaq çıxararaq Cevdetin boğazından tutdu. Cevdet ondan nə etmək istədiyini soruşdu. Tarkan təcavüz etdiyi bir qız üzündən rus mafiyasının onu izlədiyini söylədi və 'mənimlə gələcəksən' dedi. Dalaşmağa başladılar. Dostumla çox qorxdum, hadisəni səssiz izləməli olduq. Tarkan, Cevdetin boğazını kəsdi. Üstümüzə qan fışqırırdı. Tarkan bizi qandalladı. Səhərə qədər cəsəd ilə birlikdə zirzəmidə qaldıq.

Daha sonra Tarkan ilə birlikdə çay içib, nahar etdik. Tarkan bizi təhdid etdi, olanları kiməsə danışmamağımızın lazım olduğunu, rus polisinin öz adamları olduğunu söylədi. Oradan bir ticarət mərkəzinə gedib yeni paltarlar aldıq və Türkiyəyə gəldik. Tarkan, Cevdeti öldürdükdən sonra onun bütün əşyalarını, qanlı üzüyünü belə aldı. Yanımızda 30 min lirə pul vardı onu da çantasına qoydu”. 

Cevdet Emir Şaşmaz "İşte benim stilim” yarışmasında iştirakçı olan, dəbdəbəli geyimi və həyatı ilə seçilən Nazlı Hamarat ilə yeni evlənmişdi.
Cevdet Şaşmaz haqqında ortaya atılan yeni iddialara görə, Nazlı Hamarat atasından qalan nə varsa hamısını sataraq yoldaşına 1 milyon dollar, yoldaşı Şaşmaz Ukraynaya getməzdən əvvəl də yenə 250 min dollar borc pul verib. Emir Cevdet Şaşmaz, Nazlı Hamaratın sərmayəsi hesabına anasının adına Ədirnədə otel və ilk yoldaşından olan oğluna torpaq alıb.
 
Bundan əlavə, Nazlı Hamaratıın yaxın dostu Sabri Beyhanın da Emir Cevdet Şaşmaza 100 min dollar ödəyərək bir mədənə ortaq olduqları yeni iddialar arasındadır. Ancaq bu məsələdə Emirə tam əmin olmadığı üçün Səbri ondan pullarını geri istəyib. Şaşmaz isə öz növbəsində bir video çəkib göndərib. Videoda pullarını geri qaytaracağını deyib. Başqa iddialara görə isə Emir Şaşmazın daha əvvəl də bəzi şəxslərdən aldığı borcu geri ödəmədiyi üçün işgəncə gördüyü, qarnında yara izlərinin olduğu deyilir.

"İşte Benim Stilim” yarışmasıyla tanınan Nazlı Hamarat yoldaşının öldürülməsinin ardından evində ona aid əşyalara vida edərkən instagramda bunları yazıb: "Bu gün qarderoblarını boşaldırdım. Sənə vida etdiyim kimi sənə aid əşyalarına da vida edirəm, sevgilim. 6 il gözümün qarşısından bir film kimi keçdi. Hansı paltarını saxlayım bilmirəm. Son gün geyindiklərin mənimlə qaldı. Hal-hazırda son vəzifəmi də beləcə bitirirəm və sənə haqqımı halal edirəm..."

Nazlı Hamarat Sabiha Gökçen hava limanında yoldaşının Ukraynaya getməzdən əvvəl saxladığı maşınını tapıb və çilingərlə qapını açdırıb. Avtomobilin içindən dəstə dəstə dollarlar, müxtəlif qiymətli daş-qaşlar çıxıb. Nazlı Hamarat zərgərlik işi görən həyat yoldaşı Emir Cevdet Şaşmazın maşınından çıxan zinət əşyalarının qiymətli olub olmadığını yoxlatdıracağını deyib. 
 
Ayşən Ayxan
BAKU.WS