Qırıcı təyyarə gəlin maşınının üzərinə düşdü (VİDEO)
İngiltərənin cənubundakı Brayton şəhərində baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.
BAKU.WS-in məlumatına görə, "Shoreham Aviasiya Şou" çərçivəsində həyata keçirilən bir nümayiş əsnasında qırıcı təyyarələrdən biri magistral yola çırpılıb. Son məlumatlara görə, ölü sayı 11-ə yüksəlib.
Baş verən qəzada 14 nəfər yaralanıb. Qəzada ölənlər arasında Matthev Qrimston və Yakob Skhilt adlı peşəkar futbolçuların da olduğu ortaya çıxıb. Bununla yanaşı, qəzadan sonra qırıcı düşən ərazidə toy üçün sifariş olunmuş klassik bir limuzinin olduğu da məlum olub. Xoşbəxtlikdən qəza zamanı limuzində bəy və gəlin olmayıb.
Gəlin maşının qəzaya düşməsinə baxmayaraq Rebeka və Rajendra Asekaran adlı cütlük evlənmək fikirlərindən dönməyiblər. Toy proqramına davam edən cütlük qəzanın fotolarında öz limuzinlerini görəndə böyük şok yaşayıblar.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Qəzaya düşən gəncin 17 sevgilisi xəstəxanada görüşdü (FOTO)
Çində qəribə hadisə baş verib. BAKU.WS-in məlumatına görə, Yuan adlı gənc avtomobil qəzasına düşüb. Qəzadan sonra onu huşsuz vəziyyətdə xəstəxanaya gətiriblər....