SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sizi bilmirəm, vallah mən bu virusu sevdim. Nə gözəl təmizlik, nə gözəl gigiyena, bəh bəh bəh".

BAKU.WS xəbər verir ki, bu sözlər aktrisa Könül Yusifqızına məxsusdur.

Yusifqızı sosial şəbəkədəki paylaşımında təmizliyə qarşı olduqca həssas olduğunu vurğulayıb və şəxsi gigiyena qaydalarına təkcə koronavirusa görə deyil, hər zaman əməl edilməli olduğunu yazıb:  

"Nə gizlədim, mən iylərə qarşı çox həssasam, hətta bəzi ətir iyləri belə məndə başağrı verə bilər. O ki qala adam iyinə. Qarşımdakı insan iy verərsə, bərbad olaram. O kişilər ki əlindəki cıqqılı barmaqda dırnaq uzadır haa, bax elə iyrənirəm. Küçəyə tüpürən görəndə ölüb-dirilirəm. Bir də əl yumaq xəstəliyi var məndə. Əl yumayanlar və yuyanlar diqqətimdən yayınmır. Hələ çimmək... Oy oy, çimmək gündə və ya gündə 2 dəfə. Çimməyənləri də anında hiss edirəm. Dişini yumayanlara nifrət edirəm. Bəlkə də, mənim psixoloji bir xəstəliyim var, bilmirəm. Varsa da, bu xəstəliyimdən məmnunam.

Yəni millət, bu qaydalar var ha, bunlar tək koronavirus üçün keçərli deyil. Canınız, təmizliyiniz, gigiyenanız üçün keçərlidir. Mütləqdir ki, sizi virusla qorxudub məcbur etsinlər? Canınızın qeydinə də dövlət qalmalıdır? Sağlam olmaq üçün üst-üstə yun corab geyinmək lazım deyil, sadəcə təmizlik qaydalarına əməl etmək kifayət edər".

Aysel
BAKU.WS