SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə yayılan xəyanət videosu cəmiyyətdə ajiotaj doğurub. Sözügedən görüntülərdə ər arvadını yad kişi ilə yataqda tutur. 

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova baş verən hadisədə Aktrisa kişini qınayaraq onun ünvanına tənqidlər səsləndirib:

"Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir. Həmin ərə sual verirəm: Elə bilirsən, video çəkib sosial şəbəkədə paylaşmaqla sənə yaxşı kişi deyirlər? Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişi arvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə sən də onun səviyyəsinə enmiş olursan.

Əgər övladın varsa, böyüyəndə bu videonu sillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən? Hələ bu videonu sosial şəbəkədə paylaşaraq özünə izləyici yığan səhifələr... Gənclərə nəyi təbliğ etdiyinizin fərqindəsiniz?"

Aysel
BAKU.WS