SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti, estrada səhnəsinin "primadonnası” İlhamə Quliyevanın vəfatından sonra onun vəsiyyəti yenidən gündəmə gəlib.
 
BAKU.WS-in məlumatına görə, müğənni təxminən 4 ay əvvəl ATV-nin "Onlar” verilişində bildirib ki, o, öləndə torpağa qoyulmağını istəmir:

”Mən istəmirəm ki, 30-40 ildən sonra öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilmən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də "krujevalarla” bəzəsinlər. Eyni zamanda, tabutin açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram”.

İlhamə Quliyeva deyib ki, o, yaxınlarına tabutla dəfn olunmaq istədiyini vəsiyyət edib. Xalq artisti onu istəməyənlərə də hələ sevinməməyi məsləhət görüb, deyib ki, ölümü hardasa 40 ildən sonra baş verə bilər.
 
BAKU.WS