Şəmkirdə Şəbnəm Tovuzluya görə izdiham yaşandı - VİDEO

Populyar müğənni Şəbnəm Tovuzlu Şəmkirdə konsert proqramı ilə çıxış edib.
BAKU.WS xəbər verir ki, ifaçının konsertindən əvvəl, konsert zamanı və sonra izdiham yaşanıb.Pərəstişkarlar Şəbnəmlə şəkil çəkdirmək və imza almaq üçün yarışa giriblər. Bu isə onun çıxışına maneə yaradıb.
Şəbnəm özü Şəmkirdə yaşananları belə şərh edib:
"Şəmkirdə çox gözəl konsert verdim. Sevginiz, verdiyiniz dəyər üçün çox təşəkkür edirəm. Yaxşı ki, varımsız. Məni ayaqda tutan, ruhlandıran insanların bu cür sevgisidir. Sevgi, istək ürəkdən gəlməlidir, zorla olmur. Hər şeydə sevgi özünü göstərməlidir".
Oxşar xəbərlər
Şəbnəm Tovuzlu Nigar Camala "eybəcər" dedi
Müğənni Nigar Camalla Şəbnəm Tovuzlu arasındakı qalmaqal bitmək bilmir.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu dəfə mübahisəni Şəbnəmin Nigarın fotosuna...