Kürdəmirdə iki yük maşını toqquşub, mallar yola dağılıb
Kürdəmirdə iki iritutumlu yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistral avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi "Mercedes" markalı yük avtomobili qarşıda hərəkətdə olan, Yevlax rayon sakini Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.
Toqquşma nəticəsində yük avtomobillərindən biri aşıb, nəqliyyat vasitəsindəki yüklər yola dağılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qubada 7 kiloqram marixuana aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər...