Tanınmış aparıcı Mətanət Əliverdiyeva çalışdığı ATV kanalının rəhbərliyini təcrübəli işçilərə qarşı diqqətsizliyə görə tənqid edib.

BAKU.WS xəbər verir ki, yaradıcılığının 25 illiyi münasibətilə kanal tərəfindən təbrik edilməyən aparıcı bu incikliyini Baku TV-nin qonaq olarkən dilə gətirib:

"Yaradıcılığımın 25 illiyi münasibətilə ilk olaraq "5 Gəlin" kollektivi məni təbrik etdi. Onu da özüm demişdim ki, 25 illiyimdir. Sağ olsunlar, çox qəşəng, hay-küylə təbrik etdilər. Sağ olsunlar.İlk telekanal olaraq siz məni təbrik etdiniz. Çox sağ olun.

Çalışdığım kanal inciməsin. Heç məni təbrik etmədiniz. Çox təəssüf edirəm, çox! Çünki işçilərinizi yaxşı tanımırsınız. Sənədlərdə kimin neçə ildir çalışdığı yazılıb... Həm radio, həm televiziya sahəsində az iş görməmişəm. Rinq olsun, görüm Mətanətlə kim bacarar?!".

Aysel
BAKU.WS
VİDEO