Abşeronda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Abşeronda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Hadisə 264

Avqustun 12-də saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***23:31

Abşeron rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yeni Bakı Yaşayış Massivində qeydə alınıb.

Belə ki, 33 yaşlı kişi kürəyindən bıçaqlanıb.

Ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər