VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Vasif Məhərrəmli olub.

Sənətçi sosial şəbəklərin təhlükəli olduğundan gileylənib:

“Anar Nağılbazın dünyasını dəyişməyində sosial şəbəkələrdəki rəylərin rolu böyük oldu. Anar dünyasını dəyişəndə həmin pis rəy yazan insanlar az da olsa vicdan əzabı çəkdilərmi? Həmin an yanlarında olub, sifətlərini görmək istərdim. Burada güclü olmaq lazımdır. Güclü olmayan insan qəbrə qədər gedə bilər”.

Əməkdar artist həmçinin onu xəsis adlandıranlara da cavab verib:

“Simic deyiləm. Kifayət qədər ağıllı adaman. Belə bir deyim var, pulu qazanmaq asandır, xərcləmək ondan çətindir. İndiki zamanda isə həm qazanmaq, həm xərcləmək çətindir. Pulu ağılla xərcləmək lazımdır”.

BAKU.WS
VİDEO