Röya 50 min manat tələb etdiyi həmkarına söz atdı - VİDEO

Xalq artisti Röya Ayxan gözlənilmədən gənc müğənni Mina Hüseynə dəstək nümayiş etdirib. BAKU.WS xəbər verir ki, Röya "İnstagram" səhifəsində Minanın ifa etdiyi "Özün günahkarsan" mahnısını paylaşaraq bu sözləri yazıb:
“Gözəlim, sən mənim səsim oldun, sən mənim gələcəyim oldun, çünki qadın elə qadındır! Biri həmən tonda hayqırar, biri həmən tonda danışar. Mənim üçün sənət sənsən! Gələcəyimin tarixi. Əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin!”

Xatırladaq ki, Əməkdar artist Aygün Bəylər ARB-nin "Səhər-səhər” verilişində Röya Ayxanın sənəti ilə bağlı xoşagəlməz fikirlər səsləndirmişdi. Xalq artisti A.Bəyləri məhkəməyə verərək bu fikirləri təkzib etməsini və 50 min manat mənəvi təzminat tələb etmişdi.
Oxşar xəbərlər
Məhkəmə Röyanın Aygünə qarşı 50 minlik iddiasını rədd etdi
Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.BAKU.WS Report-a is...
