VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şairə Nazilə Səfərli telejurnalist Xoşqədəm Hidayətqızına qarşı ağır ittiham irəli sürüb.

BAKU.WS xəbər verir ki, Səfərli BDU-da təhsil alan oğlunun vaxtilə qalmaqal yaşadığı Hidayətqızı tərəfindən izlənildiyini bildirib.

Şairə "İnstagram" hesabında paylaşadığı videoda bildirib ki, guya Xəzər TV-də yayımlanan “Səni axtarıram” proqramının aparıcısı oğlunu izlətdirir və onun haqqında məlumatlar toplatdırır. Şairə eyni zamanda bildirib ki, bu izləmədən ali təhsil müəssisəsinin dekanatlığında məlumat var.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynal Həsənalıyevdən N.Səfərlinin iddiasını uydurma adlandırıb və ümumiyyətlə, belə bir hadisənin olmadığını bildirib:

"İki qadın arasında baş verən məsələnin universitetə də aid edilməsinin tərəfdarı deyiləm. Mən heç kimə deməmişəm ki, hər hansı olaydan məlumatlıyam və s. Ümumiyyətlə, belə bir şey olmayıb. Çünki mən də Nazilə xanımla telefon əlaqəsi yaratdım, o isə məni tanımadığını, kim olduğumu soruşdu. Əgər onun dekanatlıqla əlaqəsi varsa, necə ola bilər ki, məni tanımasın? Ona görə də dedim ki, ay bala, gedin işinizlə-gücünüzlə məşğul olun, bu boyda təhsil ocağının adını lazımsız məsələlərə qatmayın”.

Dekan həmçinin onu da bildirdi ki, qarşı tərəf universiteti məhkəməyə verəcəyini də deyib:

“Məni gülmək tutdu, çünki mənimlə yanaşı müavinlərimiz də bu məsələni araşdırdıq və məlum oldu ki, ümumiyyətlə kimsəyə heç nə deyilməyib. Nazilə xanım dekanatlıqla ümumiyyətlə danışmayıb. Bu gün həmin tələbəni yanıma dəvət edib ondan izahat istəyəcəyəm və onun izlənmək və s. kimi iddialarını araşdıracağam”.

Aysel
BAKU.WS