Azərbaycanın məşhur qohumları - FOTO

Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir.
BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir:
Canlı əfsanə, Xalq artisti Zeynəb Xanlarova əməkdar artist Mehriban Xanlarovanın bibisidir

Xalq artisti Ramiz Əzizbəyli müğənni Nurlan Əzizbəylinin əmisidir
Azərbaycanın xalq artisti, tarzən Ceyran Haşımova "Rast" qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımovun anasıdır
Xalq artisti, aktrisa Bəsti Cəfərova İTV-nin “Yeraltı” verilişinin aparıcısı Fidan Cəfərovanın anasıdır
Xalq artisti Aygün Kazımova gənc müğənni İlqarə Kazımovanın anasıdır
Qohum məşhurlardan söz düşdüsə, musiqiçilər Şahin, Nurlan, Tərlan və Arslan Növrəsli qardaşlarını unutmaq günahdır
Telejurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş həm Türkiyədə, həm də Azərbaycanda məşhurdur
Aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli də məşhur cütlükləır sırasındadırlar
Xalq artisti Zümrüd Məmmədovanın bəstəkar qızı İlahə Qismət yetərincə tanınır
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva da tanınmış müğənnidir
Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı məşhur cütlükdür
Mərhum Xalq artisti Yaşar Nuri müğənni Rüfət Axundovun dayısıdır

Xalq artistləri Rəfael Dadaşovla Brilliant Dadaşova əmiqızı-əmioğludur

Rəfael Dadaşov mərhum Xalq artistləri Məlik Dadaşov və Sofiya Hüseynovanın oğludur

Müğənni Səidə Dadaşova Xalq artisti Rəfael Dadaşovun qızıdır

Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir

Əməkdar artist Sevda Ələkbərzadə və müğənni Elmira Ələkbərzadə estradamızın məşhur bacılarıdır
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da anası qədər məşhurdur
Müğənni Səidə Sultan teleaparıcı Nəsib Nurun baldızıdır
Müğənnilər İlahə Fəda və Fədayə Laçın bacıdırlar
"Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev AzTV-nin eks sədri, mərhum professor Elşad Quliyevin oğludur
Xalq artisti Mələkxanım Əyyubova müğənnilər Ramal və Vüsal İsrafilovların bibisidir

Mələkxanım həmçinin müğənni Mirkamil Kamilovun xalasıdır

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar bacıdırlar
Əməkdar artist Elza Seyidcahanın dayısı müğənni Elnur Məmmədovun yeznəsidir
Televiziyaçılar Elçin Əlibəyli və Oqtay Əliyev qardaşdırlar. Onlar Xalq artistləri Vidadi Əliyevlə Elmira İsmayılovanın övladlarıdır.
Əməkdar artist Dilarə Əliyeva televiziya prodüseri Oqtay Əliyevin həyat yoldaşıdır
Müğənni Elşad Qarayev Rəvan Qarayevin atasıdır

Müğənni Rəqsanə İsmayılova gənc ifaçı Aysunun anasıdır
Müğənni İzzət Bağırovun bacısının həyat yoldaşı tanınmış şair Vüqar Əhməddir

İzzət Bağırov gənc müğənni Almaxanım Əhmədlinin (Vüqar Əhmədin qızı) dayısıdır
Tanınmış teleaparıcılar Könül Arifqızı və Murad Arif bacı-qardaşdırlar

Söhbət qohum məşhurlardan gedirsə, əkiz müğənnilər Sevil-Sevinc bacılarını unutmaq günahdır

Sənətçilər Cabbar və Musa Musayev qardaşdırlar. Xalq artisti Niyaməddin Musayev onların əmisidir

Duet ortaqları Musa Musayev və Təranə Qumralın ər-arvad olduğunu deməyə ehtiyac yoxdur
Xalq artisti Ramiz Novruz məşhur stilist Şəfəq Novruzun atasıdır

Aktyor Cavidan Novruz da Ramiz Novruzun oğludur

Müğənni Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov da ifaçıdır

Əməkdar artist Rəhman Rəhmanov müğənni Emil Rəhmanovun atasıdır

Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingiz atasının yolunu davam etdirir

Əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad vayner kimi tanınır

Azərbaycanlı şairə və musiqiçi Leyli Erol (İsrafilova) türkiyəli musiqiçi Hakan Erolla ailəlidir

Xalq artisti Firuz Əliyev müğənni Emil Bədəlovun qayınatasıdır
Müğənnilər Emil Bədəlov və Rauf Bədəlzadə əmioğludurlar

Oxşar xəbərlər
AzTV-də sərt QƏRAR! Bu şəxslər "hə" demədən efirə çıxa bilməyəcəklər - SİYAHI
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.Azərb...
