SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Hicran Nəsirova qara magiyanın qurbanı olub. 

BAKU.WS xəbər verir ki, tanınmış aktrisa ilk dəfə bu barədə "Xoşqədəmli bir gün" layihəsində danışıb.

Hicran xanım mərhum həyat yoldaşının eşq yaşadığı xanımın ona cadu etdiyini və bu səbəbdən onkoloji xəstəliyə düçar olduğunu açıqlayıb: 

"Qapımın ağzına bilirsiz nələr tökürdülər. Evimdə qəribə şeylər tapırdım. Çox qəribədir ki, hər şeyi özüm tapıb, çıxardırdım. Nə ata, nə də ər evində belə şeylərə inanmamışdıq. Rəhmətlik anama dedim ki, bizə cadu edirlər. Cavab verdi ki, ay qız, elə şey yoxdur, elə şeylərə inanma. Heç ürəyinə də yaxın buraxma.

Axırda dedim ki, mən özümü pis hiss edirəm. Həkimə də gedirdim, heç nə tapılmırdı. Cadunu həkimlər də görmür axı. Hamı deyirdi ki, nə isə proses gedir, amma baş çıxarda bilmirdilər nə prosesdir. Həkimlərə dərdimi belə izah edirdim, sanki içimdə bir əjdaha oturub məni yeyir". 

BAKU.WS
VİDEO