Lökbatanda təhlükə saçan yol: Aylar əvvəl qazılan ərazi asfaltlanmır
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol yararsız vəziyyətdədir.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə aylar əvvəl qazıntı işləri aparılıb, lakin asfalt hələ də çəkilməyib.
Nəticədə yolun bir hissəsi istifadəyə yararsız vəziyyətə düşüb. Küçənin daralması səbəbindən avtomobillər əks istiqamətə çıxmağa məcbur qalırlar. Bu isə ərazidə tıxacların yaranmasına və qəza riskinin artmasına səbəb olur. Qeyd edək ki, məsələ ilə bağlı daha əvvəl də reportaj hazırlanmışdı.
Həmin vaxt aidiyyəti qurum tərəfindən problemin qısa müddətdə həll olunacağı və yolun bərpa ediləcəyi bildirilib. Lakin aradan aylar keçməsinə baxmayaraq, yol hələ də əvvəlki vəziyyətində qalıb.
Oxşar xəbərlər
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib. BAKU.WS xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçiri...