Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək
15
sen
2026
10:22
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib.
BAKU.WS xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Məmmədov saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Azərbaycanda ictimai birliyin sədri və məsul əməkdaşı həbs edildilər
"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyini...