Hacı İsmayılov: “Afaq Bəşirqızı qazandığı hörməti niyə aşağı salır?”

22
okt
2019
17:16
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xalq artisti Afaq Bəşirqızının İttifaq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.BAKU.WS "apa"ya istinadən xəbər verir ki, H. İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, A. Bəşirqızının ittihamlarının əsası yoxdur.“Afaq Bəşirqızının fikirləri qərəzli, qeyri-obyektiv və əsassızdır. Mən onun niyə bu cür danışdığını anlamıram. Niyə özünün qazandığı hörməti, sənətkarlarımızın ona qarşı bəslədiyi xoş və səmimi münasibəti aşağı salır? Ümumiyyətlə heç bir sənətkara belə işlərə qarışmağı arzu etmirəm. Hər kəs, o cümlədən də aktyor aktyorluqla, rejissor da rejissorluqla məşğul olmalıdır”, - deyə H. İsmayılov vurğulayıb.Qeyd edək ki, Xalq artisti A. Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur. O Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
Oxşar xəbərlər
Afaq Bəşirqızı konfransda hirsləndi - “Hanı büdcəmizdəki böyük pullar?" - VİDEO
Bu gün Bakıda Teatr Xadimləri İttifaqının 14-cü konfransı keçirilib.BAKU.WS Redaktor.az-a istinadla xəbər verir ki, tədbirdə qalmaqal baş verib. Belə ki, Xalq a...