72 yaşlı model Berlin Moda Həftəsində podiuma çıxdı

72 yaşlı model Berlin Moda Həftəsində podiuma çıxdı
Şou-biznes 134

Almaniyalı model və aktrisa Anna fon Rüden Berlin Moda Həftəsi çərçivəsində keçirilən "Namilia" brend şousunda iştirak edib.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, müvafiq şəkillər sosial şəbəkələrdə yayılıb.

72 yaşlı model podiuma qara paltarda çıxıb. Onun açıq qalan çiyinləri gözəl bədən quruluşunu diqqətə çəkib. Görünüşünü isə uclu dəri çəkmələr, boyunbağı və böyük gümüş kulon tamamlayıb. Vizajistlər modelin gözlərinə qara qələm, dodaqlarına qəhvəyi dodaq boyası çəkiblər.

Stilistlər, öz növbəsində, qadının saçlarını yuxarıdan toppuz şəklində yığıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər