SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur ingilis müğənni Adel ABŞ-da prezidentliyə namizəd Donald Trampın onun mahnılarından istifadə etməsinə icazə vermədiyini açıqlayıb.

BAKU.WS məlumat verir ki, seçki kampaniyasında Adelin "Rolling in the Deep" və "Skyfall" mahnılarından istifadə edən Trampın bu hərəkəti ifaçının fanatları tərəfindən də birmənalı qarşılanmayıb. Adelin mətbuat xidməti açıqlamasında "Adel bu mahnıların hər hansı siyası təbliğatda istifadəsinə icazə verməyib" deyib.

Qeyd edək ki, Adel 2011-ci ildə İngiltərənin Mühafizəkarlar Pariyasının sədri Devid Kameron üçün kobud ifadəsi ilə gündəmə gəlmişdi.

Milyarder, iş adamı Donald Tramp xüsusilə qaçqınlara və İslama qarşı olması ilə seçilir. Buna görə kanadalı müğənni Neil Younq və "Aerosmith" qrupunun solisti Steven Tayler da mahnılarını ona qadağan ediblər.
 
BAKU.WS