700 bal toplamış abitureynt DANIŞDI - “Bu dünyanı bilməkdir”

700 bal toplamış abitureynt DANIŞDI - “Bu dünyanı bilməkdir”
Şou-biznes 834
Qəbul imtahanlarında 700 bal toplamış Anar Abıyev müsahibə Trend-ə müsahibə verib.BAKU.WS həmin müsahibəni təqdim edir:- Anar, bir az özünüz haqqında danışın.- Mən, Anar Abiyev 2001-ci il iyun ayının 3-də Lerik rayonunda anadan olmuşam. 2007-ci ildə 34 nomrəli məktəbdə birinci sinfə getmişəm, 2008-ci ildən isə 297 nömrəli tam orta məktəbdə oxumuşam.- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiniz?- Göstərdiyim nəticəyə görə ilk növbədə məktəbdə mənə savad verən müəllimlərimə, “Zəfər” kursu kollektivinə, valideynlərimə və bacıma təşəkkür edirəm.- Anar, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiniz?- BANM-da yaradılmış yüksək şərait, ingilis dilində müasir tədris, həmçinin xarici universitet və şirkətlərlə geniş əlaqələri məni bu Ali Məktəbi seçməyimə öz təsirini göstərən amillərdir.- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?- Boş vaxtlarımda bədii kitablar oxuyuram, basketbol oynayıram, açıq havada piyada gəzirəm.- Niyə I qrupa üstünlük vermisiniz?- Birinci qrupun fənlərinə uşaq yaşlarımdan həvəsim olub. Həm də bu fənləri öyrəndikcə məhz bu istiqamətdə uğurlar əldə edə biləcəyimə inanmışam.- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisas hansıdır?- Demək olar ki, bütün sektorlarda her şey avtomatlaşmaya doğru gedir. Bu səbəbdən fikrimcə, “Proseslərin avtomatlaşdırılması mühəndisliy” ixtisası parlaq gələcəyi olan ixtisaslardandır.- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?- Mən elə BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Uşaq yaşlarımdan dəqiq elmlərə və IX – XI siniflərdə isə proqramlaşdırmaya olan həvəsim məni bu qərarı verməyə təkan verdi.- BANM-ı bitirdikdən sonra planlarınız nədir?- BANM-ı bitirdikdən sonra prestijli xarici universitetlərin birində təhsilimi davam etdirmək və öz sahəm üzrə daha geniş biliklər əldə edərək həmin sahənin profesional mütəxəssisi olmaq istəyirəm.- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiniz?- Bu gələcəkdə qazanacağım bilik və uğurlara bağlıdır.- Ən çox hansı fənni və nə üçün sevirsiz?- Fizika fənnini daha çox sevirəm, çünki bu fənn təbiət elmləri arasında aparıcı yerdədir. Fizikanı bilmək yaşadığımız dünyanı, təbiəti və kosmosu bilməkdir.- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?- Uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Yalnız bundan sonra müəyyən etdiyin hədəf uğrunda çalışmağa başlamaq lazımdır.- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?- Mən bizdən sonrakl abituriyentlərə məsləhət görərdim ki, bacarıqlarına uyğun ixtisas qrupunuı müəyyən etsinlər. Qarşılarına məqsəd qoysunlar və ona çatmaq üçün hər gün bezmədən çalışsınlar.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər