Tanınmış Hollivud ulduzu Leonardo Di Kaprio yenə də evlənməyib.


BAKU.WS
-in məlumatına görə, tanınmış qadınlarla birlikdə sevgi macəralarında adı çəkilən məşhur aktyor bu dəfə sarışın və gənc model Kelli Rorbaxı rədd edib.

Qeyd edək ki, tanınmış aktyorun həyatında olan onlarla qadın içərisində tanınmış müğənni, model və aktrisaların sayı da az deyil. Onun Madonnadan tutmuş Toni Garnna qədər həyatında məşhur sarışın qadınlar olub. Onun sevgililəri arasında tanınmış sarışın model Brit tani Daniel də olub.

Leonardo Di Kaprionun "Sevgi dəftəri”nə nəzər salsaq, orada Gisele Bündchen, Bar Refaeli, Kate Moss, Blake Lively, Erin Heatherton və başqa məşhur adları görmək olar.

1996-cı ildə ulduz olduğu "Titanik”də 21 yaşlı Leo ilə yetkin, amma seksual olduğu "Great Gatsby”də 40 yaşlı Leonardo Di Kaprio arasında illərin fərqi olsa da həyatındakı qadınların sayı az olmayıb.

"Basketbolçunun gündəliyi” filmində tərəf müqabili olan aktrisa Amber Valetta da sonradan Leonardo Di Kaprionun sevgililəri siyahısına qatılıb.

Leonardo Di Kaprio 1996-cı ildə Mossla da birlikdə olub. 1998-ci ildə Tico Torres ilə evli olan Eva Herzigovayla adı çəkilib.

Gisele Bündchenlə birlikdəki münasibətləri  "playboy” səviyyəsinə çatıb. O zaman aktyorun 26, Bündchenin isə 20 yaşı var idi. 2002-ci ildə ilk ayrılıqlarını yaşayan cütlük, beş illik birlikdəlikləri əsnasında 3 dəfə münasibətlərinə son verib.


2005-ci ildə Oskar mərasimlərinə birlikdə qatılan cütlüyün evlənmələrinə hər kəs inansa da, braziliyalı top modelin evlilik ultimatumu nəticəsiz qalır. Leonardo Di Kaprionubn sevgililəri arasında tanınmış ulduz Rihanna da var.

 

BAKU.WS