Məşhurlardan açıq-saçıq geyimlər (FOTO)

Məşhurlardan açıq-saçıq geyimlər (FOTO)
Şou-biznes 1855

 

Los-Anceles şəhərində keçirilən 73-cü "Qızıl Qlobus” mükafatlandırma mərasiminin qalibləri bəlli olub. 

BAKU.WS məlumat verir ki, məşhur mükafatın bu ilki qalibləri arasında Leonardo Di Kaprio, Keyt Uinslet, Cennifer Lourens, Ledi Qaqa, Mett Deymon kimi məşhurlar da var. 

"Qızıl qlobus – 2016”-nın qaliblərinin siyahısı belədir: 

Ən yaxşı dram - "Sağ qalmış” ("The Revenant”) 

Ən yaxşı komediya və ya müzikl – "Marslı” ("The Martian”) 

Ən yaxşı rejissor – Alexandro Qonsales İnyarritu, "Sağ qalmış” 

Ən yaxşı kişi rolu (dram) – Leonardo Di Kaprio, "Sağ qalmış” 

Ən yaxşı qadın rolu (dram) – Bri Larson, "Otaq” ("Room”) 

Ən yaxşı kişi rolu (komediya və ya müzikl) – Mett Deymon, "Marslı” 

Ən yaxşı qadın rolu (komediya və ya müzikl) – Cennifer Lourens, "Coy” ("Joy”) 

İkinci planda ən yaxşı aktyor – Silvester Stallone, "Krid: Rokkinin irsi” ("Creed”) 

İkinci planda ən yaxşı aktrisa – Keyt Uinslet, "Stiv Cobs” ("Steve Jobs”) 

Ən yaxşı ssenari – "Stiv Cobs”

Xarici dildə ən yaxşı film – "Saulun oğlu” ("Son of Saul”)

Ən yaxşı mahnı – " Writing's On The Wall” ("007: Spektr”) 

Ən yaxşı film musiqisi – Ennio Morrikone, "Nifrət edilən səkkizlik” ( "The Hateful Eight”) 

Ən yaxşı animasiya filmi – "Tapmaca” ("İnside Out”) 

Ən yaxşı televiziya serialı (dram) – "Cənab robot” ("Mr Robot”) 

Ən yaxşı televiziya serialı (komediya və ya müzikl) – "Mosart Cunqliyada” ( "Mozart in the Jungle”) 

Televiziya üçün ən yaxşı mini-serial və ya film – "Canavar zalı” ( "Wolf Hall”) 

Ən yaxşı serial aktyoru (dram) – Con Hemm, "Ağılsızlar”

Ən yaxşı serial aktrisası (dram) – Taradci P.Henson, "İmperiya” 

Ən yaxşı serial aktyoru (komediya və ya müzikl) – Qabriel Qarsia Bernal, "Mosart Cunqliyada” 

Ən yaxşı serial aktrisası (komediya və ya müzikl) – Reyçel Blum, "Dəlisov keçmiş sevgili” (""Crazy Ex Girlfriend”) 

Televiziya üçün ən yaxşı mini-serial və ya film aktyoru – Oskar Ayzek, "Mənə qəhrəmanı göstərin” ("Show Me a Hero”) 

Televiziya üçün ən yaxşı mini-serial və ya film aktrisası – Ledi Qaqa, "Amerika dəhşətlər tarixi” ("American Horror story”) 

İkinci planda televiziya üçün ən yaxşı mini-serial və ya film aktyoru – Kristian Sleyter, "Cənab robot”

İkinci planda televiziya üçün ən yaxşı mini-serial və ya film aktrisası – Mora Tirni, "Sevgililər” 

Mükafatlandırma mərasimi həm də məşhurların göz oxşayan geyimləri ilə yadda qalıb. Məşhurlar libaslarında daha çox sinə dekoltesinə yer veriblər. Gecədə ən çox diqqət çəkən isə gənc müğənni Çarli XCX-nın geyimi olub. Yarı çılpaq halda tədbirə qatılan ifaçı, belə geyinməyi sevdiyini bildirib.

Məşhur aktrisa və müğənni Zoi Kravitz, aktrisa Titziana Rokka, aktrisa və müğənni Toni Brekston da geyimi ilə diqqət çəkən məşhurlar arasında olub. Belə ki, hər üç məşhur libaslarında daha çox tüldən istifadə edib. Onların çılpaq bədəni geyimlərindən aydın görünüb. 

Sliver Stalone isə tədbirə ailəsi ilə birlikdə qatılıb. Həyat yoldaşı və qızları ilə kameralara poz verən aktyor, "İkinci planda ən yaxşı aktyor" nominasiyasına layiq görülüb.

BAKU.WS "Qızıl Qlobus" mükafatlandırma mərasimindən fotoları təqdim edir.

 

Oxşar xəbərlər

Ledi Qaqa Leonardo Di Kaprionu vuraraq keçdi (VİDEO, FOTO)

Ledi Qaqa Leonardo Di Kaprionu vuraraq keçdi (VİDEO, FOTO)

ABŞ-ın Hollivud şəhərində keçirilən "Golden Globe" təqdimat mərasimində maraqlı hadisə yaşanıb. BAKU.WS məlumat verir ki, mərasimdə tanınmış müğənni Ledi Qaqa...

2068 Şou-biznes 16:26 12 yanvar 2016

Son xəbərlər