Oğlunu itirən əməkdar artist: "Elə bil səsim də oğlumla harasa gedib..." - VİDEO

17
iyn
2019
10:51
"Əzizim Sara xanım, elə bil səsim də oğlumla harasa gedib..."BAKU.WS xəbər verir ki, bu sözləri oğlunun vəfatından sonra səhnə ilə vidalaşan müğənni Zöhrə Abdullayeva tanınmış jurnalist Sara Safuranın çağırışına cavab olaraq deyib.Sara xanım bir il öncə xərçəng xəstəliyindən dünyasını dəyişən yeganə oğluna görə acı çəkən və səhnədən uzaqlaşan, efirlərə çıxmayan sənətkara görə narahatlığını dilə gətirib. Jurnalist başda xalq artisti Zeynəb Xanlarova, Alim Qasımov olmaqla sənətkarlara, eləcə də Zaur Kamal, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı və digər tanınmış teleaparıcılara müraciət edib.“Qayıdın, siz Azərbaycan səhnəsinə lazımsınız, sevənləriniz sizi gözləyir” – deyən jurnalist göz yaşlarına hakim ola bilməyib.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"Zəng vurub qışqırır, hədə-qorxu gəlir" - Videomüraciət Səidəni DƏLİ ETDİ - VİDEO
Müğənni Səidə Sultan jurnalist Sara Safuranı polislə, məhkəmə ilə hədələyib.Sara xanım BAKU.WS-ə açıqlamasında dünəndən bəri Səidə xanım tərəfindən təzyiqlərə m...
